Bakı Sağlamlıq Mərkəzi olaraq korporativ sosial məsuliyyət layihələri silsiləsindən növbəti aksiyaya start verdik

Bakı Sağlamlıq Mərkəzi olaraq korporativ sosial məsuliyyət layihələri silsiləsindən növbəti aksiyaya start verdik. Beləki, 31 may, 1 iyun və 2 iyun tarixlərində Daşkəsən rayon ərazisində növbəti səyyar tibbi müayinə aksiyasının keçirilməsi məqsədi ilə Bakı Sağlamlıq Mərkəzi kollektivinin əraziyə ezamiyyəti başlamışdır. Heydər Əliyev Fondu, AzerGold QSC və Bakı Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar olaraq Daşkəsən rayonu Quşçu kəndində vətəndaşların səyyar tibbi müayinəsi planlaşdırılır. Quşçu və ətraf kəndlərdə yaşayan əhalinin ürək xəstəlikləri, onkoloji xəstəliklər, uroloji xəstəliklər, qulaq burun boğaz xəstəlikləri, hepatoloji xəstəliklər və bir sıra digər xəstəliklərin müayinəsi və müalicəsi həyata keçiriləcək.

Diqər xəbərlər